Azərbaycanlı rəqqasə Fatimə Fətəliyeva şou-biznes aləmində olan söz-söhbətlərdən danışıb. Rəqqasə bu zamanadək heç kimin bostanına daş atmaq istəmədiyini dilə gətirib. SİA-ya açıqlama verən Fatimə xanım, insanları süni adlandırıb: "İncəsənət aləmində səmimi insanlar demək olar ki, çox azdır. Şou-biznes nümayəndələrinin əksəriyyəti sünidirlər. Onları hardasa görəndə görüşürəm. Ancaq üzümü çevirdikdən sonra arxamca olmayan sözlər deyirlər. Hətta tanımaq belə istəmirlər. Mən onlardan fərqli olaraq heç kəsin bostanına daş atmaq istəmirəm. Onu da deyim ki, qeybət tək şou aləmində yox adi həyatda da var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB