Boşanmağa meylli olan aktrisa

Dünyaca məşhur cütlük Cillian Anderson və Mark Qriffits ayrılmaq fikrinə düşüblər. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, "Məxfi Materiallar" serialının ulduzu 43 yaşlı Cillian Anderson Mark Qriffitsdən ayrılır. Sözügedən cütlüyün iki övladı var. Cütlük 2006-cı ildən birlikdə idilər.

Qeyd edək ki, Anderson ilk həyat yoldaşı Klayd Koltzdan 1997-ci ildə, ikinci əri Culian Ozan dan isə 2006-ci ildə ayrılmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə