Yenidən meydana çıxdı və “Mənim ol” dedi

Yenidən meydana çıxdı və “Mənim ol” dedi

Azərbaycan estradasında MC Murad kimi tanınan gənc reper Murad Quliyev "Mən də varam" müsabiqədən sonra bəstəkar və aranjemançı kimi fəaliyyət göstərib. SİA-nın xəbərinə görə, reper şou-biznes nümayəndələrindən Zamiq Hüseynovla, Elçin Cəfərovla, Elşad Xoseylə, Mir Yusiflə, Anar Nağılbazla, Elza Seyidcahanla və "Dəyirman" qrupu ilə iş birlikləri olub.

Hazırda Murad solo fəaliyyətə başlayıb. Reper "Mənim ol" adlı mahnıya klip çəkdirib. Sözügedən klipi Rza Əsgərov ekranlaşdırıb. Murad inanır ki, yeni klipi ona uğur gətirəcək və yayın hitinə çevriləcək.

Onu da nəzərinizə çatdıraq ki, reper Murad Quliyev meyxanaçı Vahid Qədim ilə birgə təqdim etdiyi "Şou-biznes,şou-biznes" bəhli-təvil ilə daha çox yaddaşlarda qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə