Biletlərin qiyməti bahalaşacaq

Avqust ayının 25-i "Pena Party" adlı tədbir keçiriləcək. SİA-nın xəbərinə görə, tədbirdə şou-biznes əhli də iştirak edəcək. Qonaqlar sırasında gənc ifaçılardan Leyla Ramazanlı, Lamiyə Novruzova, Nurlan və digərləri iştirak edəcək.

Qeyd edək ki, sözügedən tədbirin biletlərinin qiyməti qadınlar üçün 10 manat, kişilər üçün isə 15 manatdır. Ancaq konsert günü biletlərin qiyməti 20 manat olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə