Gənc müğənni Ramin Şövkətov artıq iş başına dönüb. İfaçı SİA-ya açıqlamasında yeni mövsümə hazırlaşdığını deyib: "Bir neçə mahnı üzərində çalışıram. Sentyabr ayında daha bir hit kompazisiyanı dinləyicilərə təqdim edəcəm. Bu dəfə fərqli üsluba müraciət etmək fikrindəyəm. Bir neçə mahnı üzərində seçim edirik. Nəzərimizdə tutduğumuz mahnı sevilən və populyar musiqiçiyə məxsusdur. Onu da deyim ki, son ifa etdiyim "İkimiz" mahnısı dinləyicilər tərəfindən çox sevildi. Mahnı ritmik, əsl yay əhval-ruhiyyəsinə uyğundur. Nəzərinizə çatdırım ki, bundan əvvəl ifa etdiyim mahnılardan birini də Nail Naiboğlu ekranlaşdırmışdı. "İkimiz" mahnısının klipini lentə almaq üçün yenidən ona müraciət edəcəm. Klipin süjeti haqqında öz təsəvvürlərim də var. Ola bilər ki, mənim ideyalarımdan da istifadə olunsun. Artıq çəkiliş məkanları və geyim axtarışlarına başlamışıq".

Qeyd edək ki, gənc müğənni sentyabr ayında televiziya kanallarının birində yeni başlayacaq verilişin ilk qonağı olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...