Azərbaycanlı müğənni: “Ən azından ayıbdır” İSMARIC

Azərbaycanlı müğənni: “Ən azından ayıbdır” İSMARIC

Azərbaycan estradasının qalmaqalsız müğənnisi Emil Bədəlov şou-biznes nümayəndələrindən danışıb. Müğənni həmkarları ilə heç vaxt problem yaşamadığını dilə gətirib. SİA-ya açıqlama verən Bədəlov hətta dava-dalaşla gündəmə gələn şou əhlinə səbr diləyib: "Həmkarlarımla münasibətim yaxşıdır. İndiyədək televiziya məkanlarında eşitməmişəm ki, kimsə mənim haqqımda xoşagəlməz sözlər desin və yaxud arxamca danışsın. Mənim fikrimcə, kiminsə bir-biri ilə problemi varsa, onu efirdə yox, öz aralarında həll etməlidirlər. Çünki bizi tamaşaçılar izləyir. Ən azından onlardan ayıbdır".

Bütün xəbərlər Facebook səhifəmizdə