Azərbaycan estradasının gənc ifaçısı Lamiyə Novruzova yaradıcılığında yeniliklər etmək fikrindədir. Bu barədə SİA-ya müğənninin prodüsseri Ceyhun Məhərrəmov məlumat verib: "Lamiyə xanım yay fəsli olmasına baxmayaraq dincəlməyi yox, işləməyi üstün tutub. Yeni musiqilər üzərində işləyir. Bu yaxınlarda müğənni və bəstəkar Rəhim Rəhimlinin musiqisinə yazılmış mahnını ifa edəcək. Mahnı yay ab-havası üçün nəzərdə tutulub. Lamiyə Novruzova mahnının uğurlu olacağına inanır. Sözügedən musiqi qısa zaman ərzində dinləyicilərə təqdim olunacaq".
Qeyd edək ki, gənc müğənni bir neçə gündən sonra yay fəslinə uyğun yeni fotosessiyanın çəkilişinə başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB