Məşhur aktrisanı oteldən qovdular

Türkiyənin tanınmış aktrisası Nurseli İdiz qaldığı oteldə qalmaqal yaradıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, aktrisa içkili olduğundan oteldə sözün əsl mənasında biyabırçılıq edib. Nurseli İdizinin sərxoş halı media nümayəndələrinin gözündən yayınmayıb. O, jurnalistlərə açıqlaması zamanı bunları deyib: " Mənim sərxoş olmağımın heç kimə bir aidiyyatı yoxdur. Əslində içməyimə səbəb illər öncə yaşadığım həyat tərzidir".

Maddi durumundan da söz açan aktrisa xanım bunları deyib: "Maddi baxımdan heç vaxt əziyyət çəkməmişəm. Ürəyim istədiyi kimi yaşayıram. Əgər pulum olmasaydı bahalı oteldə 20 gün qalmazdım".

Media əhlinə açıqlama verən zaman ayaqüstə güclə dayanan Nurseli İdiz içkili olması ilə yanaşı belinin ağrıdığını da dilə gətirib. Jurnalistlərlə sağollaşan aktrisa köməkçisinin qoluna girərək məkandan uzaqlaşıb.

Qeyd edək ki, sözügedən aktrisa spirtli içki qəbul etməsinə baxmayaraq xəstəxanaların birində müalicə olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə