Dünən Xəzər dənizi sahilində tanınmış müğənni Nura Suri mini konsert proqramı ilə çıxış edib. SİA-nın məlumatına görə, proqram Nardaranda yerləşən "Sea Breezе" otelində saat 23:00 başlayıb.
Nuradan öncə səhnəyə gənc müğənni Şölə Səfərəliyeva çıxıb. Ardından tamaşaçıların qarşısına çıxan müğənni ən hit mahnılarını səsləndirib.
Onu da əlavə edək ki, Nura son zamanlar yaradıcılığı barədə heç bir jurnalistə məlumat vermir. Müğənni yeni işləri haqda yalnız \"facebook\"dakı şəxsi səhifəsində yazır. Nuranın son konsertinin şəkilləri də elə \"facebook\"da yayımlanıb.
Xatırladaq ki, Nura bir neçə gün bundan əvvəl Bodrumda yerləşən ən bahalı otellərin birində möhtəşəm konsert prqramı ilə çıxış edib. Dünənki şounu da həmin konsertin davamı adlandırmaq olar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB