Rəqsanə göz yaşlarını saxlaya bilmədi: “Mən də anayam” - FOTOSESSİYA

Rəqsanə göz yaşlarını saxlaya bilmədi: “Mən də anayam” - FOTOSESSİYA

Ramazan ayında xeyriyyəlik edənlər sırasında müğənni Rəqsanə də var. Ötən gün axşam saatlarında komandası ilə Maştağadakı 3 saylı uşaq evinə yollanan sənətçi Daun xəstəliyindən əziyyət çəkən uşaqları sovqatı ilə sevindirib. Sənətçi onlara şam süfrəsi açıb. Fiziki qüsurlu körpələrlə bir süfrə arxasında orucunu açan Rəqsanə onlara ana qayğısı göstərib. Göz yaşlarını onlardan gizlətməyə çalışsa da, bunu SİA-dan gizlədə bilmədi:


"Mən də anayam, iki övladım var. Uşaqların hər bir sıxıntısı, narahatlığı məni iki qat ağrıdır. Uşaqlara özüm qulluq edib doyuzdurdum. Son da bir kənara çəkilib, ağladım" - deyən sənətçi həmin gün xeyriyyə missiyasını təcridxanada yatan məhbuslar üçün də göstərib.


Öyrəndik ki, eyni qəsəbədə yerləşən həbsxanaya baş çəkən sənətçi məhbuslara da eyni qayğı ilə yanaşıb. Müğənni bu qayğısını dənizdən bir damla adlandırıb və hər zaman davamlı olacağını bildirib.


Yeri gəlmişkən, onu da bildirək ki, Rəqsanə bu gün daha iki gənci sevindirəcək. ATV-nin "Onun yarısı" verilişində izdivac quran iki qüsurlu şəxsin xarici pasport məsələsinin həll edərək, canlı efirdən onlara təqdim edəcək.


Bütün xəbərlər Facebook səhifəmizdə