SİA-nın əməkdaşının telefon zənginə Bodrumdan cavab verən Ayan Babakişiyeva düz 15 gün vətəndə olmayacağı anonsunu etdi: "Yay fəsli girənə qədər bir neçə xarici ölkələrə səfər edib istirahət etdiyim üçün yenidən tətil etməyi payız aylarına planlaşdırmışdım. Amma həqiqətən də qismətdən qaçmaq olmur. Çoxlarına məlumdur ki, əkiz qardaşım Samir xeyli vaxtdır İstanbulda yaşayır və orada işləyir. Sonuncu telefon danışığımızda cəmi bir neçə gün işdən məzuniyyətinin olduğunu söylədi, anam və mənim üçün çox darıxdığını dedi. Qardaşım mənə o qədər əzizdir ki, istəyini dərhal yerinə yetirməyə qərar verdik. Görüş yeri olaraq da Bodrumu seçdik. Allahın köməkliyi ilə bugün günorta saatlarında təyyarədən endik. Yaxın rəfiqələrimdən biri də bizimlə gəldi. İnşallah 15 gün burada olacağıq ".
Qaldıqları otelin Türkiyənin tanınmış ulduzlarının tətil etdiyi bölgədə olduğunu söyləyən müğənni Bakıya qayıdanda ilk işinin əməkdar artist Abbas Bağırovun onun üçün yazdığı sürpriz mahnını lentə aldırmaq olacağını da gizlətmədi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB