Məşhur müğənni əməkdar artistin mahnısını dəyişdi-FOTOSESSİYA

Məşhur müğənni əməkdar artistin mahnısını dəyişdi-FOTOSESSİYA

Yaradıcılığı ilə ciddi şəkildə məşğul olmağa başlayan məşhur müğənni Sabir Əhmədov yeni mahnılar üzərində çalışır. Müğənninin prodüseri Samir Xəttabın SİA-ya verdiyi məlumata görə, repertuarını zənginləşdirməyə doğru gedən Sabir əməkdar artisti Ədalət Şükürovun "İtirdim" mahnısını rus dilində ifa edib. Bu gündən etibarən tamaşaçılarının ixtiyarına verilən \"Потерял" mahnısı artıq Youtube kanalında da təqdim olunub.


"Ədalət Şükürovun bundan xəbəri var. Mahnının hallalığını da verib"- deyə prodüser əlavə edib.


Sabirin yenilikləri tək bununla bitmir. Belə ki, müğənni daha bir mahnısını ərsəyə gətirib. Müəllifi tanınmış bəstəkar-müğənni Vitaliy Romanov olan "Семья" ("Ailə") adlı mahnı da internet istifadəçilərinin ixtiyarına buraxılıb. Qeyd edək ki, sözügedən mahnının Sabir tərəfindən ifa edilməsini Romanov özü istəyib.


Sabirin işləri bununla bitmir. Müğənni yay boyu digər həmkarlarından fərqli olaraq dincəlməyi yox, işləməyi üstün tutdu. Sabir yeni mahnılarından birinə klip çəkdirməyi də düşünür. Bununla yanaşı müğənninin yeni mahnılarından ibarət albomu da hazırlanır. Albom payız aylarında təqdim olunacaq.


S.Əhmədovun mahnılarını təqdim etdiyimiz videoda izləyə bilərsiniz.

Onu da bildirək ki, Sabirin yeni fotosessiyasının müəllifi Vüqar İbadovdur.













Bütün xəbərlər Facebook səhifəmizdə