28 İyul saat 19:00- da Mərdəkanda yerləşən \"BLACK JACK BEACH\"də \"Yayın Hit\" mahnısı seçiləcək. Bu barədə SİA-ya mərasimin təşkilatçısı Ceyhun Məhərrəmov məlumat verib. Onun sözlərinə görə, gecədə bir çox məşhurların iştirakı ilə yayın son ən sevilən mahnısı müəyyən olunacaq.
Gecənin qonağları sırasında Elnur Məmmədov, Günay İbrahimli, Leyla Ramazanlı, Zarina Məmmədova, Natavan Həbibi, Xəyalə Manaflı, Ceyhun Əliyev (Qala), Mc Murad, Qurd (Klan A Plan), Ramil (Klan A Plan), Lamiyə Novruzova, Roza Zərgərli, Sevinc Ağaşirinova və DJ LIYA iştirak edəcək.
Onu da bildirək ki, tədbir səhərə qədər diskoteka ilə davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB