Xəbər verdiyimiz kimi, 12 iyul tarixində "Nigar" prodakşının təşkilatçılığı ilə 7 saylı əqli cəhətdən qüsurlu uşaq evinin sakinləri üçün xeyirə tədbiri keçiriləcək.
"Nigar" prodakşının rəhbəri Tural Bayraməliyevin SİA-ya verdiyi məlumata görə, "Mega Super Pena Şou"-da elə prodakşın tərəfindən 7 saylı uşaq evinə avtomobil hədiyyə olunacaq. Uşaq evinə "CHERRY QQ" markalı avtomobilin açarlarını isə xalq artisti Brilliant Dadaşova təqdim edəcək.
Konsertdən bir neçə gün sonra 7 saylı uşaq evi üçün düzənənən iftar süfrəsində avtomobili təqdim edəcək xalq artisti solo konsert proqramı ilə çıxış edəcək.
Onu da əlavə edək ki, mərasimin mətbuat konfransı 12 iyun tarixində Beynəlxalq Mətbuat Mərkəzində baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB