Kişi müğənnimiz almanların pulu üçün soyundu-FOTO-VİDEO

Kişi müğənnimiz almanların pulu üçün soyundu-FOTO-VİDEO

Azərbaycanlı müğənni Seyran Türkiyə səfərindən qayıdıb. Albom işləri və yeni layihələrin hazırlanması ilə bağlı Türkiyədə görüşlərdə olan Seyran bundan başqa Almaniyanın reklam şirkətlərinin birindən kişi çimərlik geyimlərinin siması olması ilə bağlı təklif alıb. Artıq bu təklifi dəyərləndirən sənətçi həmin şirkətlə müqavilə bağlayıb. Bu yaxınlarda Almaniyaya yola düşəcək sənətçi səfər çərçivəsində sentyabrda təqdimatını planlaşdırdığı klipini də çəkəcək.

Azərbaycanın bir çox tanınmış ulduzları kimi o da əcnəbi rejissorla işləmək qərarına gəlib. Belə ki, Seyran Almaniyada olduğu müddətdə klip çəkdirəcək:


"Bu klip həm Azərbaycan, həm də digər ölkələrin kanallarında yayımlanacaq. Biz klipi YOUtube üçün çəkmirik. Bu, mənim ilk işimdir. Ona görə də düşünürəm ki, yüksək səviyyədə olmalıdır".


Yeni "Bodrum Nabran" mahnısını təqdim edən sənətçi pul qarşılığında soyunmasına da münasibət bildirib: "Düşünürəm ki, parametrlərim uyğun gəlirsə, bunu edə bilərəm və normal baxıram. Çünki mən sənətçiyəm və buna görə də yaxşı pul almışam".



Bütün xəbərlər Facebook səhifəmizdə