Bu gün Kempinski Hoteldə "Miss Azərbaycan-2012" gözəllik müsabiqəsinə həsr olunmuş mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, müsabiqənin Təşkilat Komitəsinin iştirakı ilə keçirilən konfransda qeyd edilib ki, müsabiqəyə 16 gənc qız vəsiqə qazanıb. Komitənin sədri Anelya Orduxanova bildirib ki, məhz 16 qız Azərbaycanın ən gözəl xanımı adı uğrunda mübarizə aparacaq. Qızların yekun şouya çox ciddi hazırlaşdıqlarını deyən sədr qeyd edib ki, sonda 3 xanıma tac təqdim ediləcək.
Müsabiqə 15 iyul tarixində Mərdəkanda yerləşən "Sweety Beach"-də keçiriləcək.
Qeyd edək ki, Anelya Orduxanova "Miss Baku 1996", "Miss Azərbaycan 1997", "Miss Azərbaycan 1999", "Miss Azərbaycan 2000", "Miss Millenium 2001", "Miss Azərbaycan 2002", həmçinin "Miss Xəzər 2002" müsabiqələrinin təşkilatçısıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB