Tanınmış bəstəkarın toyu belə keçdi-FOTOSESSİYA

Tanınmış bəstəkarın toyu belə keçdi-FOTOSESSİYA

Dünən paytaxtın dəbdəbəli məkanlarından birində bəstəkar-müğənni Nazim Məmmədov subaylığın daşını atıb. SİA-nın məlumatına görə, 1 ildir nişanlı olduğu və sevdiyi Gülnar xanımla rəsmi nikaha girən Nazimin toyunu tanınmış şoumen Nəsib Nur aparıb.


Mərasimin əsas müğənnisi Elton Hüseynəliyev olsa da toyu ailənin ən yaxın dostu Azəri Günel daha da maraqlı edib. Günel ən sevimli mahnılarını Nazimlə Gülnarın şərəfinə ifa edib. Onlar da təşəkkür qismində tezliklə ailə qurması üçün sağ əllərini onun başına çəkiblər. Məclisdə şou-biznes əhli çoxluq təşkil edib.


Foto müəllifə məxsusdur


Bütün xəbərlər Facebook səhifəmizdə