Siqaretə \"yox\", saqqıza \"hə\" deyən aktyor

Siqaretə \"yox\", saqqıza \"hə\" deyən aktyor

Türkiyənin tanınmış aktyoru Kadir İnanır "Elveda Katia" adlı filmdə rol alıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, aktyor sözügedən seriala görə Trabzona gedəsi olub. Səhhətində yaranan problemlərə rəğmən Kadir bəy işini sevdiyindən yeni serialda oynamağa razılıq verib.

Siqareti tərgidən aktyor başını qatmaq üçün gününün yarısını saqqız çeynəməklə keçirir. Hazırda Kadir İnanırın vəziyyəti yaxşıdır və heç yerindən şikayətlənmir.

Bütün xəbərlər Facebook səhifəmizdə