Azərbaycan estradasının tanınmış müğənnisi Zamiq Hüseynov şəxsi həyatından danışıb. O, haqqında gəzən şayələrə aydınlıq gətirib. Hətta bəzi verilişləri və saytları ittiham edib. SİA-ya açıqlama verən Zamiq gizli qalan məqamlara aydınlıq gətirib. "Bəzi saytlarda özüm haqqında yanlış yazılmış məlumatlar oxuyuram. Saytların birində yazılmışdı ki, Zamiq evlənir. Bu məlumat yalandır. Bəzi verilişlər reytinqini qaldırmaq üçün tamaşaçılara səhv informasiyalar çatdırırlar. Əgər həyatımda kimsə olsa, heç kimdən utanmadan açıq şəkildə deyərəm. Şəxsi həyatımda hələ ki, heç bir yenilik yoxdur. Yeniliyim olsa, ilk öncə məni sevən tamaşaçılarımla bölüşəcəyəm",-deyə Zamiq fikirlərini tamamlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...