Azərbaycan şou-biznesinin “Z&Z”-i- FOTOSESSİYA

Azərbaycan şou-biznesinin “Z&Z”-i- FOTOSESSİYA

Bu günlərdə Lider TV-də yayımlanan "Rəngarəng" verilişinin doğum günü keçirilib. Xəbər verdiyimiz kimi, gecədə həmçinin verilişinin rejissoru Aynurə Tahirqızı və aparıcı Zaur Nəbioğunun da ad günü də baş tutub.


Mərasimin bitməsinə baxmayaq hər kəs hələ də möhtəşəm doğum gününü müzakirə obyektinə çevirib.


Tədbirin ən maraqlı məqamlarından biri də gənc, amma iddialı müğənni Zarina Məmmədovanın çıxışı olub. Zaur Nəbioğlunun dəvəti ilə səhnəyə çıxan müğənni açıqlaması zamanı teleaparıcı Zaurla münasibətindən də danışıb. Zarinanın sözlərinə görə, o, Zaurla Bülbül adına Musiqi Məkəbində eyni sinifdə dərs alıblar. Zarina ilə Zaur artıq 11 ildir tanışdılar. Amma onların dostluğu son bir ildə daha möhkəm olub.


Onu da qeyd edək ki, sözlərini bitirən Zarina məşhur "Dəlilik" mahnısını ifa etdi və bütün qonaqlar rəqs meydançasına təşrif buyurdular.


Foto: Yarasa


Bütün xəbərlər Facebook səhifəmizdə