Təranə Səmədova yeni iş birliyinə başladı-EKSKLÜZİV

Təranə Səmədova yeni iş birliyinə başladı-EKSKLÜZİV

Azərbaycanın tanınmış, bir az da qalmaqallı prodüseri Təranə Səmədova hazırda müğənni Günay İbrahimli ilə işləyir. Rəqsanə İsmayılovadan böyük qalmaqalla ayrılan Təranə indi Günayla daha sakit və rahat çalışdığını açıqlayırdı. Ancaq əldə ediyimiz məlumata görə, Təranə yeni iş birliyinə başlayıb. O, gənc müğənni Orxan Babazadə ilə çalışacaq. Prodüserlə əlaqə saxlayıb məsələni dəqiqləşdirmək istədik. SİA-ya açıqlama verən Təranə xəbərin doğru olduğunu dilə gətirdi: "Bəli, bundan sonra Orxan Babazadə ilə mən işləyəcəyəm. O, gənc bir ifaçıdır və onu istədiyim pilləyə çatdırmaq üçün gərək əlimdən gələni edim".


Biz də öz növbəmizdə Təranədən yenicə çalışmağa başladığı Orxan Babazadəni soruşduq. Maraqlıdır, uzun zamandır səsi-sorağı gəlməyən Orxan nə işlə məşğuldur: "O, Kiyevdə ali təhsil alır. Beynəlxalq Münasibətlər fakultəsində oxuyur. Orxan yay tətilinə gələcək. Ancaq bir çox müğənnilər kimi o, dincəlməyi yox, çalışmağı üstün tutacaq,-deyə prodüser cavab verib.


Təranə Günay İbrahimli mövzusundan da yan keçməyib: "Bəlkə kimlərsə düşünür ki, mən Günayla iş birliyimi bitirirəm? Əsla, Günayla hər şey qaydasındadır. Onunla əvvəlki kimi çalışmağa davam edirəm. Orxanla iş birliyimin Günaya aidiyyatı yoxdur. Əskinə, Günay buna sevindi. Mən günümün əsas hissəsini məhz Günayla keçirirəm".



Bütün xəbərlər Facebook səhifəmizdə