Elçin Hüseynov: “Kişi ilə qadının dostluq etmələrinə normal baxıram”

Elçin Hüseynov: “Kişi ilə qadının dostluq etmələrinə normal baxıram”

Azərbaycan estradasının tanınmış müğənnisi Elçin Hüseynov dostlarından danışıb. SİA-ya açıqlama verən müğənni ona yaxın şou-biznes əhlinin adlarını açıqlayıb: "Həmkarlarımla münasibətim yaxşıdır. Layiqli dostlar sırasında Ədalət Şükürovun, Rüfət Axundovun, Elçin Cəfərovun, Ayaz Qasımovun, Elton Hüseynəliyevin, Mətanət Əsədovanın, Nüşabə Ələsgərlinin və başqalarının adlarını çəkə bilərəm. Ancaq Rüfət Axundovla ailəvi dostuq".

Elçin kişi ilə qadının dostluq etmələrinə də münasibət bildirib: "Dost sözü çox məsuliyyətli kəlmədir. Hər kəsə dost demək düzgün deyil. Onu da deyim ki, kişi ilə qadının dostluğu möhkəm olur. Odur ki, onların dostluq etmələrinə normal baxıram",-deyə müğənni bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə