Bu gün məşhur müğənni Xatirə İslamın toyudur. SİA-ya açıqlama verən Xatirənin sözlərinə görə, toya jurnalistləri buraxmayacaq: "Qarşı tərəf istəmir. Bütün jurnalist dostlarımdan üzr istəyirəm. Bu, qarşı tərəfin fikridir. Onun istəyinə də hörmətlə yanaşmalıyam. Gələcək həyat yoldaşım toyumuzun media tərəfindən işıqlandırılmasına icazə vermir. Ona görə də xahiş edirəm, sizdən bu məsələni nəzərə alasınız. Toydan sonra özüm lazım olan kadrları jurnalistlərə təqdim edəcəyəm".
Müğənni sevdiyi adamın onun sənətinə hörmətlə yanaşdığını, bundan sonra sənətini davam etdirməsinə icazə verdiyini söyləyib.
Xatirə onu da əlavə etdi ki, toyun aparıcısı Nərgiz Cəlilova, idarə edən müğənni isə Rüfət Axundov olacaq.
Xatırladaq ki, Fəxrəddin adlı şəxs Milli Ordunun sıralarında qulluq edən zabitdir. Bəy təkcə 4 dil bilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB