Rafet El Romanla Sevda Yahyayevanın Bakı konserti baş tutdu

Rafet El Romanla Sevda Yahyayevanın Bakı konserti baş tutdu

Dünən paytaxtın əyləncə məkanlarının birində Türkiyənin məşhur müğənnilərindən olan Rafet El Roman və bizim gənc ifaçımız Sevda Yahyayeva konsert proqramı ilə tamaşaçıların qarşısına çıxıblar. SİA-nın məlumaına görə, sürprizlə dolu konsertin təşkilatçısı Nahid Eminoğlu idi.


Konsertdə hər iki sima öz repertuarında olan ən məşhur mahnıları ifa ediblər. 2 saata yaxın davam edən konsert olduqca maraqlı anlarla yadda qalıb.


Onu da vurğulayaq ki, konsertdən öncə Rafet El Roman və Sevda Yahyayeva Azərbaycan mediasının qarşısına çıxıblar.


Qeyd edək ki, dünən səhər saatlarında Bakıya gələn türkiyəli ulduz bu gün yola düşür.

Bütün xəbərlər Facebook səhifəmizdə