Azərbaycanın əməkdar artisti Firuzə İbadova maddi durumundan danışdı. Şou-biznes əhlinə qazandıqları pulları dəyərli yerlərə xərcləmələrini məsləhət gördü. SİA-ya açıqlama verən əməkdar artist geyimlərinə verdiyi pulun qiymətini açıqladı: "Geyimlərimə çox pul xərcləmirəm. Balamın və nəvələrimin boğazından kəsib libaslarıma çox pul vermirəm. Çünki bir paltarı 2-3 dəfə geyindikdən sonra gözümdən düşür. Eyni zamanda da bahalı geyimlər büdcəmə uyğun deyil. Həmkarlarıma da məsləhət görərdim ki, artıq yerə pullarını xərcləməsinlər",- deyə Firuzə xanım dilə gətirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB