Tanınmış ulduz “bir əlində iki qarpız\" saxlayır

Dünyaca məşhur ulduz Cennnifer Lopez nə keçmiş həyat yoldaşından, nə də sevgilisindən imtina edir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, məşhur cütlüyün ayrılmalarına baxmayaraq Mark Entoni ilə birlikdə işləməyə davam edən cazibədar müğənni keçən gecə şou proqramların birinə onunla birlikdə qatılıb.

Səhnəyə əl-ələ çıxan, bir-birinə uzun-uzadı sarılan və birlikdə mahnı oxuyan cütlük duyğusal dəqiqələr yaşayıb. Axşam isə Lopez 25 yaşlı rəqqas sevgilisi Kasper Smartla əl-ələ jurnalistlərin qarşısına çıxıb.

Qeyd edək ki, mərasimdən çıxan cütlük gecə klublarının birinə gedərək sabaha qədər rəqs edib, əyləniblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...