Məşhur müğənniyə mobil telefon hədiyyə etdilər

Məşhur müğənniyə mobil telefon hədiyyə etdilər

Koreyanın \"Samsung" texnalogiya şirkəti yeni mobil telefonunu İstanbulda keçirdiyi təqdimat mərasimində nümayiş etdirib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, təqdimat mərasiminə təşrif buyuran məşhur müğənni Ajda Pekkan performansıyla qonaqlara unudulmaz anlar yaşadıb. Tədbirdə şirkət rəsmisi A.Pekkana sürpriz olaraq arxa səthində \"Ajda" yazılan sapfir mobil telefon hədiyyə edib.

Qeyd edək ki, məşhur ifaçı A.Pekkan sözügedən gecədə ağ libası ilə göz qamaşdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə