Şou əhli Respublika gününü qeyd etdi - FOTOSESSİYA

Şou əhli Respublika gününü qeyd etdi - FOTOSESSİYA

28 May Respublika Günü münasibətilə Heydər Əliyev Sarayında bayram konserti keçirilib. SİA-nın məlumatına görə, "Vətənimdir Azərbaycan" adlı bayram tədbirində ölkənin ən tanınmış sənətçiləri iştirak ediblər. İki saat davam edən konsertdə xalq artisti Faiq Ağayev, əməkdar artistlər Aygün Hümbətova, Cavanşir Məmmədov, Firuzə İbadova, Lalə Məmmədova, Abbas Bağırov, müğənnilər Nüşabə Ələsgərli, Elnur Məmmədov, Ayaz Qasımov, Səfurə Əlizadə, Xəyyam Nisanov, Sevda Yəhyayeva, Nicat Məhərrəmov, Rəşad İlyasov, "Şeron" qrupu, Zamiq Hüseynov, Nurlan Növrəsli, Ramal İsrafilov, Murad Sadıx, "Asiman" rəqs çıxış edərək bayram əhval-ruhiyyəli mahnılarını səsləndiriblər. Konsert zamanı Aygün Hümbətovanın çıxışı xüsusi marağa səbəb olub. Müğənninin tamaşaçıların arasında ifası alqışlarla yadda qalıb.


Konsertə xalq artisti Faiq Ağayev yekun vurub. Qeyd edək ki, saray rəhbərliyi tərəfindən əlillərə, əqli qüsurlu şəxslərə, şəhid ailələrinə xüsusi diqqət ayrılaraq onlar da konsertə dəvət olunublar.


Konsert Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə