Məşhur müğənnilərdən Milli Qvardiyanın əsgərlərinə unudulmaz konsert-EKSKLÜZİV-FOTOSESSİYA

Məşhur müğənnilərdən Milli Qvardiyanın əsgərlərinə unudulmaz konsert-EKSKLÜZİV-FOTOSESSİYA

Dünən 28 may -Respublika Günü münasibəti ilə şou-biznesin bəzi nümayəndələri Milli Qvardiyanın əsgərləri üçün konsert verdilər. SİA-nın məlumatına görə, 106.3 FM radiosunun aparıcılarından olan Kazım Sübhanın təşkilatçılığı ilə baş tutan proqramda iştirak edən müğənnilər könüllü şəkildə əsgərləri ziyarət etdilər. Bayram günlərində də hər gün olduğu kimi vətənin keşiyində dayanan əsgərlər üçün təşkil olunan konsertdə Yusif Mustafayev, Elçin Hüseynov, Nüşəbə Ələsgərli, Zarina Məmmədova, Günay İbrahimli, Lamiyə Novruzova, gənc müğənni Sevinc və aşıq Əli çıxış etdilər.


Konserti açıq élan edən Elçin Hüseynov bütün qvardiya əsgərlərini salamladı. Repertuarında olan ən məşhur mahnıları ifa edən müğənni onlarla rəqs də etdi.


Yüzlərlə əsgərin əhval-ruhiyyəsini şuh mahnıları ilə Nüşabə Ələsgərli də yüksəltdi. Aşıq Əli ilə rəqs edib, Elçin Hüseynovla duet ifa edən Nüşabə xanımın ifasına heç bir əsgər biganə qalmadı.


Günay İbrahimli isə lirik mahnılarla qvardiyaçıları sevindirdi. O, repertuarında olan "Mən sənə inanırdım" və "Səndən öncə, səndən sonra" mahnıları ilə əsgərlərin könlünü oxşadı.


Lamiyə Novruzova da öz növbəsindən konserti coşdurdu. Müğənni ötən ildən etibarən hitə çevrilən "Bilirəm, gələn deyilsən" mahnısından sonra vətənpərvər musiqiyə üstünlük verdi.


Zarina Məmmədova da maraqlı çıxış edən müğənnilərdən geri qalmadı. İfaçı mikrafonu əlinə alan kimi bütün əsgərlər ayağa qalxıb, əl-ələ verərək onu dairəyə aldılar. Müğənnini ayaqüstə alqışlayan əsgərlər Zarina ilə birgə onun mahnılarını ifa etdilər.


İllərin müğənnisi Yusif Mustafeyev isə həm mahnı oxudu, həm də konsertə aparıcılıq etdi. Məhz onun təqdimatında müğənnilər səhnəyə təşrif buyurdular. Y.Mustafayevlə birgə gənc ifaçı Sevinc də duet oxudu.


Konsert əsgərlərin milli rəsq mahnılarına oynaması ilə davam etdi.


Foto müəllifə məxsusdur.


Bütün xəbərlər Facebook səhifəmizdə