Azərbaycanlı müğənni Nazim \"Faytonçu\" adının daha qalmaqallarda hallanmayacağına söz verib. Qalmaqal etməsini isə səbirsiz olması ilə əlaqələndirib. SİA-ya açıqlama verən N.Pişyari illər öncə həmkarlarıyla yola getməməsinin səbəblərini açıqlayıb: "Həmin vaxtlar cavan olduğum üçün özümdən tez çıxırdım və səbirli deyildim. Bostanıma daş atan insanın cavabını verdiyim üçün adım qalmaqallı müğənnilərin sırasında çəkilirdi",-deyə ifaçı bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB