Azərbaycanın tanınmış müğənnisi, "Şeron" qrupunun keçmiş üzvü Yaşar Yusifov ailə həyatı qurduqdan sonra yaradıcılığında yeniliklər etməyə başlayıb. Müğənninin SİA-ya verdiyi məlumata görə, o, yeni albom üzərində çalışır.
Diskinin adını hələ sirr saxlayan müğənni möhtəşəm təqdimat mərasiminə hazırlaşır. "Bakı Caz Mərkəzi"ndə baş tutacaq təqdimatda media mənsubları ilə yanaşı Yaşarın həmkarları da iştirak edəcək.
Müğənni onu da əlavə edib ki, təqdimatdan sonra o, mini-konsert proqramı ilə də qonaqlarını sevindirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB