Azərbaycanlı müğənnilər iki ildən sonra eyni səhnəni bölüşəcəklər-VİDEO
Azərbaycanlı müğənnilər Roza Zərgərli ilə Calal Abbasov duet yazdırıblar. Bu barədə SİA-ya müğənninin prodüseri Mehri Əliquliyeva məlumat verib. Onun sözlərinə görə, "Payız yağışı" adlı mahnı iki il öncə yazılıb. Musiqisi Eldar Mansurova, sözləri isə Gülağa Tənhaya məxsusdur.
Onu da bildirək ki, vaxt qıtlığından müğənnilər iş birliyinə başlaya bilmirdilər. Yalnız iki ildən sonra Calal Abbasov Rozaya eyni səhnəni bölüşməyi təklif edib. Beləliklə, simaların ilk çıxışı 20 may tarixində Heydər Əliyev adına Sarayda baş tutmalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB