İddialı müğənnidən yeni klip - FOTOSESSİYA

İddialı müğənnidən yeni klip - FOTOSESSİYA

Bu gün gənc və iddialı müğənni Zarina Məmmədova vəd etdiyi "Kaş" adlı mahnısına çəkilən klipi jurnalistlərə təqdim etdi. SİA-nın xəbərinə görə, sözləri Ülviyyə Alovluya, musiqisi isə Rəhim Rəhimliyə məxsus mahnını lentə alan rejissor Nail Naiboğlu oldu.

Klipi izləyən jurnalistlər müğənninin ifasını bəyənməklə yanaşı onun aktyorluq bacarığını da vurğuladılar. Ancaq klipi bəyənməyən jurnalist də oldu. Zarinanın peşəkar ifasından söz açan jurnalist rejissorun işini tənqid etdi.

Sadə süjet xəttinə üstünlük verdiyini açıqlayan Zarina klipinin məbləğindən söz açmadı. Jurnalistlərin "Siz də 71 min avro xərcləmisiz?" sualına Zarina olduqca səmimi cavab verdi: "Vallah, mən yalan danışa bilmərəm. Ödədiyim məbləğ 71 min avrodan uzaqdır. Mən heç kimin işinə qarışa bilmərəm. Yəni hər kəs istədiyi məbləğə klip çəkdirir. Sadəliyi isə özüm istədim. Çətin süjetdən hər zaman qaçıram".

Konfransda müğənninin yanında mahnının söz müəllifi Ülviyyə Alovlu əyləşmişdi. Ülviyyə klipi bəyənərək həm özünü həm də Zarinanı uğurlu layihəyə görə təbrik etdi.

Mətbuat konfransında həmçinin Zarinanın bir nömrəli fanatı da iştirak edirdi. O, müğənniyə hədiyyə də verdi.

Bütün xəbərlər Facebook səhifəmizdə