Tanınmış teleaparıcı vəhşicəsinə döyülüb

Tanınmış teleaparıcı vəhşicəsinə döyülüb

Türkiyənin TRT telekanalının aparıcısı Serra Karaçam əri tərəfindən döyülüb. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, hadisə əyləncə gecəsindən sonra baş verib.


Məşhur müğənni Metin Şentürkün yaxtasında keçirilən əyləncə mərasimində aparıcılığı Serra Karaçam edib. Tədbirdə əri Eyüp Özgüc də iştirak edib. Teleaparıcının gecə boyunca içən əri sərxoş olub. İki ildir evlilik həyatı yaşayan cütlük yaxtada mübahisə etməyə başlayıb. Evə gedən cütlüyün davası yolboyu davam edib.


Eyüp Özgüc evə gəldikdən sonra həyat yoldaşını döyməyə başlayıb. Səs-küyə xanımın xalası Neşe Han gəlib. Sərxoş ər 60 yaşlı qadını da vəhşicəsinə döyərək qolunu sındırıb.


Qeyd edək ki, Eyüp Özgüc gecəni polis bölməsində keçirməli olub. Polis əməkdaşları tərəfindən ifadəsi alındıqdan sonra sərbəst buraxılıb. Serra Karaçam onu və xalasını döyən həyat yoldaşından prokurorluğa şikayət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə