Müğənni Roza Zərgərli artıq aparıcılıq da edəcək. İfaçının prodüseri Mehri Əliquliyevanın SİA-ya verdiyi məlumata görə, R.Zərgərli Türkiyənin TMB telekanalının simalarından olub. Bundan sonra Roza çəkilişləri Bakıda gerçəkləşən "Sokaklardayız" verilişinin aparıcısı qismində iştirak edəcək.
Prodüserin sözlərinə görə, Zərgərlinin ilk müsahibi Türkiyənin Eskişeher şəhərinin icra başçısı Kadir Kökdemir olub. O müğənnimizə müsahibəsində Azərbaycanın Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayevlə görüşdüyünü və Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin Eskişeherlə qardaşlaşmış şəhər olduğunu bildirib.
Verilişin ikinci buraxılışı bütövlükdə Azərbaycanın "Eurovision 2012" hazırlıqlarına həsr olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB