Müğənnilər kimsəsiz uşaqlara yardım edəcək

Müğənnilər kimsəsiz uşaqlara yardım edəcək

20 may tarixində kimsəsiz uşaqlar üçün xeyriyyə konserti keçiriləcək. SİA-nın xəbərinə görə, tədbirə şou-biznes əhlinin bəzi nümayəndələri də təşrif buyuracaq. Onların sırasında müğənnilərdən Leyla Ramazanlı, Günay İbrahimli, Mehin Hümbətova, Elnur Məmmədov, Yaşar Cəlilov, qruplardan "Qala" , "Şeron" qrupu və başqaları olacaq.

Məlumat üçün bildirək ki, kimsəsizlərə maddi və ümumi yardım etmək istəyənlər 20 may tarixində, saat 10:00-da Qara Qarayev metrosunun yanına gəlsinlər.

Bütün xəbərlər Facebook səhifəmizdə