Müğənni Mina: “Onlara peşəkar musiqiyə qulaq asmaq imkanı yaratmaq istəyirəm”

Müğənni Mina: “Onlara peşəkar musiqiyə qulaq asmaq imkanı yaratmaq istəyirəm”

Mina solo konsert proqramı ilə çıxış edəcək. İlk gündən fərqliliyi ilə seçilən ifaçının ilk konserti də maraqlı bir günə-əvvəllər zəhmətkeş insanların bayram günü kimi qeyd etdiyi 1 may tarixintəsadüf edir.


SİA-ın məlumatına görə, sənətçinin "Hər şey istəyirəm" adlı konserti Metkartinqdə saat 20:00-da baş tutacaq.


"Konsertimi zəhmətkeş insanların bir zamanlar bayram günü kimi qeyd etdiyi tarixdə keçirməklə onlara bir daha bayram ab-havasını yaşatmaq istəyirəm. Klub və zəhmətkeş insan fikri bizdə qəribə görünə bilər. Ancaq bu, çox normaldır. Hər yaşda insan zəhmetkeş ola bilər. Və onlara klub şəraitində də peşəkar musiqiyə qulaq asmaq imkanı yaratmaq istəyirəm"- deyə Mina bildirib.



Bütün xəbərlər Facebook səhifəmizdə