Azərbaycanın əməkdar artisti Firuzə İbadova şou-biznesdən danışıb. SƏSTV-yə açıqlama verən müğənni xanım hətta şou-biznes sözünün mənasından danışıb: "Şou-biznes sözündə dərin məna var və bu sözü bütün dünya qəbul edib. Əslində o sözün mənası şou göstərib çoxlu pul qazanmaq deməkdir. Ancaq Azərbaycanda şou-biznes sözü yoxdur. Xarici ölkələrdə isə həqiqətən də şou göstərirlər. Bəlkə Azərbaycanda keçiriləcək \"Eurovision 2012\" mahnı müsabiqəsindən sonra şou-biznes olar. Biz şou-biznesimizi toy üstündə qurmuşuq. Ona görə də hər zaman müğənnilər toy üstündə dava edir. Toya gedəndə də hərənin ağzından bir avaz çıxır. Çünki xalq mahnısı oxuyursan, toy yiyəsi yaxınlaşıb deyir ki, "xarici mahnı oxu". Yəni bu kəlmə sənətçi üçün hörmətsizlik kimi qəbul olunur".
Əməkdar artist sənətə hansı məqsəd üçün gəldiyini etiraf edib: "Sənətə gələndə bahalı evimin və maşınımın olması üçün gəlmədim. Hazırda da utanmadan deyə bilərəm ki, maşınım yoxdur. Heç olmayıb da. Qızım üçün 2 dəfə kreditlə maşın almışam. Ancaq pulunu ödəyə bilmədiyimdən yenidən satışa çıxarmışam".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB