Azərbaycanlı qrup Rusiya şou-biznesinə qoşulur - FOTOSESSİYA

Azərbaycanlı qrup Rusiya şou-biznesinə qoşulur - FOTOSESSİYA

Milli şou-biznesin 10 il əvvəl yaranan "Sevən Ürəklər" adlı qrupu Rusiya şou-biznesinə qatılmaq üzrədir. Bu barədə SİA-ya qrupun mətbuat katibi Aygül Rzayeva məlumat verib. Onun sözlərinə görə, qrup 10 il əvvəl ifa etdiyi "Bax-bax" adlı mahnıyla məşhur olub və həmin mahnı "Youtube" sosial şəbəkəyə yerləşdiriləndən sonra Rusiyanın məşhur prodüseri Vadim Raxbari təsadüf nəticəsində mahnıyla tanış olub. Bundan sonra qrupun bədii rəhbəri Nicat Zeynallı (Dr Nicat) ilə əlaqə saxlayan V.Raxbari mahnını rus dilində yazdırmağı təklif edib: "Qrup üzvləri bu il qrupun 10 illik yubileyini nəzərə alıb həmin mahnını yeni formatda tamaşaçılara təqdim ediblər. Ən maraqlı fakt isə odur ki, mahnının sözlərini Rusiyanın tanınmış şairi, "Zolotoy qramafon" mükafatçısı Yakov Kirsanov təmənnasız "Sevən ürəklər" qrupuna hədiyyə edib. Y.Kirsanov Rusiyanının məşhur müğənnisi Fillip Kirkorovun "Struni" mahnısının müəllifidir. Demək olar ki, bu, qrup üçün dəyərli sürpriz oldu. Qrup prodüser V.Raxbari ilə yaxından əməkdaşlıq edir və Rusiya bazarına öz mahnılarını təqdim etməkdə israrlıdır".


Qrupun mətbuat katibi onu da qeyd etdi ki, "Bax-bax" klipi Türkiyənin "TMB" televiziyasında yayımlanır.


Məlumat üçün bildirək ki, klipin rejissoru Fuad İsmayılovdur və montaj işlərinin üzərində Dr Nicat ilə birgə çalışıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə