Azərbaycanlı müğənniyə dostları tərəfindən jest - FOTOSESSİYA
Azərbaycanlı müğənni Mehin Hümbətova "Duy" adlı mahnısına çəkdirdiyi klipinin təqdimat mərasimini keçirdi. SİA-nın xəbərinə görə, tədbirdə bir çox şou nümayəndələri, əməkdar artist Gülüstan Əliyeva, yeni ulduz Elvin, Əbdül Xalid, Emin Bədəlov, Leyla Ramazanlı, bəstəkar Muxtar Abseynov, rejissor Ceyhun, mətbuat xidməti Ceyhun Məhərrəmli və media nümayəndələri iştirak etdi.
Tədbirdə maraqlı məqam isə gecəni səbəbkarın bacısı, yəni aparıcı Günel Hümbətovanın idarə etməsi oldu.
Mərasimi giriş sözü ilə açan ifaçı çəkdirdiyi klip haqda ağızdolusu danışdı: " Klipi ərsəyə gətirən komandama öz təşəkkürlərimi bildirirəm. "Duy" klipinin uğurlu olacağına inanıram".
Klip təqdimatında bəlli oldu ki, sözügedən klip Mehinə dostları tərəfindən hədiyyə olunub.
Qeyd edək ki, Mehin Hümbətova \"Xalq ulduzu\" yarışmasının iştirakçısıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB