1 may tarixində konsert verən ifaçı

1 may tarixində konsert verən ifaçı

Azərbaycanlı ifaçı Mina "Hər şey istəyirəm" adlı solo konsert proqramı ilə çıxış edəcək. Səhnəyə gəldiyi ilk gündən fərqliliyi ilə seçilən müğənninin ilk konserti də maraqlı bir günə təsadüf edəcək. Sözügedən xanımın 1may tarixində Metkartinqdə konserti baş tutacaq.

SİA-ya açıqlama verən Mina konserti haqda ağızdolusu danışıb: "Konsertimi zəhmətkeş insanların bir zamanlar bayram günü kimi qeyd etdiyi tarixdə keçirməklə onlara bir daha bayram ab-havasını yaşatmaq istəyirəm. Klub və zəhmətkeş insan fikri bizdə qəribə görünə bilər. Ancaq bu, çox normaldır. Hər yaşda insan zəhmetkeş ola bilər. Və onlara klub şəraitində də peşəkar musiqiyə qulaq asmaq imkanı yaratmaq istəyirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə