Azərbaycanlı prodüser Ceyhun Məhərrəmov işlərində həmişə uğur qazanıb. Şou-biznes nümayəndələrinin yaxşı tanıdığı Ceyhun prodüserlik etdiyi müğənniləri tez zamanda müəyyən kütlə tərəfindən tanıtmağa müvəffəq olub. Sözügedən prodüser Günay İbrahimli, Leyla Ramazanlı, Samrina və digər müğənniləri gündəmə gətirməyi bacarıb. İşlədiyi müğənnilərlə dil tapa bilən Ceyhun həmkarları arasında öz fərqliliyini qoruyub saxlamaqdadır. Onu da nəzərinizə çatdıraq ki, C.Məhərrəmli qalmaqallı məsələlərdən kənarda qalan prodüserdir.
Yetərincə tanınmış prodüserin şəxsi facebook səhifəsinə nəzər saldıq. Məhərrəmlinin şəkillərindən bəlli oldu ki, o, dostları ilə rayonlarda istirahət etməyi çox sevir. Prodüser Ceyhun Məhərrəmlinin şəxsi facebook səhifəsindəki şəkillərini sia.az oxuyucularına təqdim edirik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB