Başı bəlalı prodüser şəxsi həyatından danışdı - FOTOSESSİYA

Başı bəlalı prodüser şəxsi həyatından danışdı - FOTOSESSİYA

Azərbaycanın tanınmış prodüseri Təranə Səmədova şəxsi həyatı barədə danışıb. Başı bəlalı prodüser qızı dünyaya gəlməmişdən öncə həyatdan küsdüyünü və bezdiyini etiraf edib. SİA-ya açıqlama verən prodüser bunları deyib: "Qızım həyata gəlməmişdən öncə yaşamaq eşqim ölmüşdü. Düşünürdüm ki, məni həyata bağlayan heç bir varlığım yoxdur. Daha sonra Allah mənə Suelimi bəxş etdi və hal-hazırda qızım üçün yaşayıram. Başıma nə vaxtsa iş gəlsə, qızımı ancaq anama və sevdiyim şəxsə əmanət edə bilərəm".

Təranə xanım gələcəkdə quracağı ailəsi haqqında da düşündüklərini dilə gətirdi: "Mən də bütün xanımlar kimi ailə qurmaq istərdim. Çünki mənim də diqqətə ehtiyacım var. Heç bir qadın həyatda tək qalmaq istəməz".

Xanım Səmədova sənətini tərk etməsi haqqında da məlumat verib: "Həyata keçirdə bilmədiyim planlarımı reallaşdırdıqdan sonra bu aləmdən gedəcəyəm. Aydındır ki, ömrümün sonunadək prodüser ola bilmərəm", -deyə Təranə Səmədova fikirlərini tamamlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə