Özlərini dost kimi təqdim etdilər – FOTOSESSİYA

Özlərini dost kimi təqdim etdilər – FOTOSESSİYA

ATV telekanalının ən baxılan verilişlərindən olan, Mirsalam Mirsalamovun aparıcılığı ilə yayımlanan "Canlı səs" yarışmasının bu dəfəki qonağı olduqca fərqli ulduzlar idi. SİA-nın məlumatına görə, sözügedən verilişin bu dəfəki qonaqları yaxın dost olan Sevda Yahyayeva ilə Zamiq Hüseynov oldu.

Veriliş zamanı olduqca maraqlı anlar baş verdi. Səmimi həmkarlar musiqi ifa edən zaman bir-birlərinə müdaxilə edərək sanki duet oxuyurdular. Sevda ilə Zamiq "biz dostuq\" deyərək bir-birlərinə qarşı yarışırdılar. Zalda əyləşən media əhli onların bu səmimiyyətinə inanmadı.

Sevda Yahyayevanı dəstəkləməyə bir çox tamaşaçılar gəlmişdi. Zalın yarısı \"Sevda! Sevda!\" deyərək əl çalırdılar. Müğənni yarışma zamanı "Neftçi" futbol klubunu dəstəklədiyini də dilə gətirdi. Həmkarı Zamiqi dəstəkləyənlər də az deyildi. Yaşlı nəslin nümayəndələri zaldan "biz Zamiqi çox sevirik" şüarı ilə qışqırırdılar. Bir qrup zalda əyləşən tamaşaçıların əllərində Zamiqin şəkilləri var idi.

"Canlı səs" yarışmasında baş verənləri qaçırmaq istəmirsinizsə, bu şənbə saat 22:00-da gözünüz ATV telekanalında olsun!

Foto müəllifə məxsusdur

Bütün xəbərlər Facebook səhifəmizdə