Gecikmiş ad gününü qeyd edən müğənni tortunu da partlatdı - FOTOSESSİYA
Dünən paytaxt restoranlarının birində müğənni Roza Zərgərli 27 mart tarixində olan ad gününü qeyd etdi. SİA-nın məlumatına görə, geçikmiş ad günüdə müğənninin "Eşqimin köləsi" adlı yeni klipi də təqdim olundu. Ən yaxın ətrafını başına toplayan müğənninin qonaqlar sırasında onun sənət dostu və yaxın rəfiqəsi Samira Allahverdi seçildi.
Hamiləliyinin son dövrlərini yaşayan Samira çıxışı zamanı həmkarları, əməkdar artist Tünzalə Ağayevanın onlarla birgə məclisdə iştirak edə bilməməsi üçün təəssüfləndiyini bildirdi. Buna səbəb isə Tünzalə Ağayevanın Moskvada, qastrol səfərində olması idi.
Möhtəşəm gecəni idarə edənlər isə Lider TV-nin tanınmış teleaparıcıları Zaur Nəbioğlu və Lalə Əlimuxtarova oldu.
Qonaqlar sırasında həmçinin əməkdar artist Ədalət Şükürov, müğənni Elnur Məmmədov, rejissorlar Aynurə Tahirqızı, Nail Naiboğlu, Rahib İsmayılov, Xamis Xəliloğlu, radio aparıcısı İlahə Şıxlinskaya, teleaparıcılar Zemfira Adığözəlova, Ülviyyə Əliyeva, Zabir Əliyev, bəstəkar Muxtar Abseynov, DJ Çina, model Zuleyxa Akçurina və digər məşhurlar var idi.
Gecənin ən məraqlı məqamlarından biri də səbəbkarın model Züleyxa Akçurina və teleaparıcı Ülviyyə Əliyeva ilə birgə rus mahnısı ifa etmələri oldu.
Müğənnin tortu da heç kimin gözündən qaçmadı. Tortun üzərinə şənlik şirniyyatları üçün nəzərdə tutulan mini-fişənglər düzülmüşdü. Roza tortunu açıq havada kəsib, yaxın ətrafına daddırdı.
Gecə DJ Çinanın mahnıları ilə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB