Şölə Səfərəliyevanın sevgisindən “Xəbəri yox”-FOTO

Şölə Səfərəliyevanın sevgisindən “Xəbəri yox”-FOTO

Gənc müğənni Şölə Səfərəliyeva bu günlərdə yenidən kamera önünə keçib, son vaxtlar internet əyləncə portallarında ən çox yüklənən mahnılar sırasında olan "Xəbəri yox" adlı mahnısına klip çəkdirəcək. Mahnının söz və musiqisi Vüsalə Hikmətə, aranjimanı isə Cahangir Süleymanbəyliyə aiddir.


SİA-ya açıqlama verən müğənninin sözlərinə görə, klipin rejissoru Elnur Axundov olacaq: "Elnur bir rejissor kimi gözəl fantaziyaya malikdir. İnanıram ki, bu klip çox maraqlı və baxımlı olacaq".

Söhbət zamanı onu da vurğuladı ki, klipin bəlli bir süjet xətti olacaq. Mahnının sözlərində olduğu kimi, klipin süjet xəttində oğlanın qızın ona olan sevgisindən xəbərsiz olduğu səhnələr ekranlaşdırılacaq. Sevildiyindən bixəbər oğlan obrazını aktyor Elxan Rza canlandıracaq. Çəkilişlər paytaxtın müxtəlif məkanlarında aparılacaq.


Bütün xəbərlər Facebook səhifəmizdə