Ənənəvi olaraq keçirilən "Discovery POP" müsabiqəsində bu il ölkəmizi kimin təmsil edəcəyi müəyyənləşib. SİA-nın məlumatına görə, müsabiqəyə qatılacaq həmyerlimiz müğənni Seyrandır. Bir müddət öncə fəaliyyətini dayandıran NEXT qrupunun ən aktiv üzvlərindən olan müğənni hazırda solo ifaçı kimi çalışır. Qrupun yaradıcı komandası ilə birgə işləyən Seyran yaxın aylarda yeniliklərini də təqdim edəcək. Ancaq bu uğurun başlanğıcı olaraq o, bu il Bolqarıstanda keçiriləcək "Discovery pop" musiqi festivalında çıxış edəcək. Müğənni may ayında reallaşacaq müsabiqəyə ciddi şəkildə hazırlaşdığını bildirdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB