Azərbaycanlı meyxanaçı: “Şəxsi həyatımı gündəmə gətirməməli idim”
Azərbaycanlı meyxanaçı Namiq Qaraçuxurlu keçmiş sevgilisi xalq artisti Aygün Kazımova haqda danışıb. SİA-nın məlumatına görə, Namiq ATV telekanalında yayımlanan \"ATV- maqazin\" verilişində Aygün xanımla yaşadığı eşq məcarasının yanlış olduğunu dilə gətirib.
Məşhur meyxanaçı həmkarının onun karyerasında böyük rolu olduğunu etiraf etsə də şəxsi həyatında zərbə olduğunu dilə gətirib: "Əslində kimisə günahlandırmıram. Çünki şəxsi həyatımı gündəmə gətirməməli idim. İndi isə olanlara təəssüflənirəm".
Ceyran Əsgərqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB