Əməkdar artist Azərin Türkiyəninİsparta Südeyman Demirel Universitetinidə Solo konsert proqramı ilə çıxış edib. SİA-nın məlumatına görə, konsert proqramında müğənni repertuarında olan klassik əsərləri ifa edib.
Xatırladaq ki, Azərin xanımın verdiyi konsert proqramı TRT Avaz telekanalı vasitəsilə yayımlanıb. Maraqlı məqamlardan biri odur ki, konsert proqramını Azərbacanlı tələbələrlə yanaşı, Türk Cumhuriyyətindən və o cümlədən digər ölkələrdən gələn tələbələr maraqla izləyiblər.
Əməkdar artistin 2-ci konsert proqramı Türkiyənin Kocaeli şəhərində təşkil edilib. Azərinin Türkiyədə ardıcıl olaraq verdiyi 2-ci konsert proqramı Kocaeli şəhərinin Bələdiyyəsi və Türkiyədəki Azərbaycan Dərnəyi və Balkan Federasyonu tərəfindən təşkil olunub.
Konsert proqramı o qədər yüksək təəsurat yaradıb ki, martın 28-də Özəl Aziziziye Eytim Kurumları tərfindən ilin Mədəniyyət Elçisi mükafatına layiq görülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB