Qalmaqallardan kənar olmağa çalışan azərbaycanlı müğənni Zamiq Hüseynov fanat ordusundan söz açdı. Müğənni həmkarlarını qınayan insanlara da öz ismarıclarını göndərdi. SİA-ya açıqlama verən Zamiq bunları dedi: "Mənim ordum", "mənim pərəstişkarlarım" sözünü deyən ulduzları qınamaq lazım deyil. Əgər hansısa ifaçının fanat ordusu və pərəstişkarları varsa, niyə də deməsin? Demək sözügedən insanların pərəstişkarları var ki, özlərindən razı şəkildə danışırlar. Odur ki, həmkarlarımın fikri ilə razılaşıram".
Zamiq Hüseynov həmkarlarından fərqli olaraq öz fanat ordusundan danışdı: "Bəzi müğənnilər kimi mənim də fanat ordum və sevənlərim var. Məni sevənlər isə daha çox gənc nəslin nümayəndələridir",-deyə Zamiq fikirlərini tamamlayıb.
Ceyran Əsgərqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB